“GÜNDƏLİK BAKI”-NIN QALDIRDIĞI VƏSATƏT TƏMİN EDİLMƏDİ

Bu gün (11 mart) Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Qeyd edək ki, ötən məhkəmə prosesində cavabeh tərəf adıçəkilən məqalələrlə bağlı “Gündəlik Bakı” qəzetinə qarşı Yasamal rayon Məhkəməsində, ayrı-ayrı hakimlərin icraatında bir neçə məhkəmə prosessinin keçirildiyini bildirmiş və bu işlərin birləşdirərək bir hakimin icraatına verilməsi barədə vəsatətlə çıxış etmişdir. Bu gün keçirilmiş prosesdə hakim X. Məmmədov bu vəsatəti təmin etmədi və gələn prosesi mart ayının 30-u saat 16:00 tarixinə təyin etdi.  
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub.
Previous Post

ZÖHRAB İSMAYILIN İDDİASI TƏMİN OLUNMADI

Next Post

“QARABAĞ VƏ RESPUBLİKA UĞRUNDA VƏTƏNDAŞ HƏRƏKATI” KİV HAQQINDA QANUNA EDİLMİŞ DƏYİŞİKLİKLƏRİ PİSLƏYİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.