Bu gün Siyasi Məhbuslar üzrə İşçi Qrupun iclası keçirilib.
Bu haqda RATİ-yə məlumat verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, “biz həbsdə olan jurnalistlərin və xəstə məhbusların hamısının buraxılmasında israrlıyıq. Bununla bağlı prezidentə müraciət hazırlayırıq. Sabah müraciəti prezidentə ünvanlayacayıq”.