MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALDIR

Şənbə günü (21 fevral) qohumu Cavidan Hüseynov, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən C. Hüseynov, jurnalistin səhhətinin normal olduğunu və ona qarşı olan münasibətdən heç bir şikayəti olmadığını bildirib.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Next Post

REFERENDUMLA BAĞLI VƏTƏNDAŞ FORUMU KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.