MEDİANIN DURUMUNA HƏSR OLUNMUŞ FORUM KEÇİRİLİB

Dünən (10 oktyabr) “PARK İNN” otelinin “Dan Ulduzu” zalında ABŞ-ın Jurnalistlərin Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bağlı "Azərbaycanda demokratiya; məqsəd və çağırışlar" mövzusunda forum keçirildi. 

Forumda  Azərbaycan mətbuatının vəziyyəti, siyasi plüralizm, demokratikləşmə, vətəndaş cəmiyyəti və iqtisadi inkişaf məsələləri müzakirə olundu.
Forumu acıq elan edən BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli bildirdi ki, Forumu keçirməkdə məqsəd Azərbaycan üçün önəmli olan məsələlər ətrafında müzakirələrin aparılmasına şərait yaratmaqdır. 
Daha sonra Azərbaycan mətbuatının vəziyyəti, siyasi plüralizm, demokratikləşmə, vətəndaş cəmiyyəti və iqtisadi inkişafla bağlı suallara İREX-in  nümayəndəsi Şahin Abbasov, iqtisadçı ekspert Qubad İbadoğlu, Filologiya elmiləri doktoru Rəna Səfərəliyeva, millət vkili Aydın Mirzəzadə, Norveçin səfiri Con Romberq və ictimai xadim İlqar Məmmədov cavablandırdılar.

Previous Post

MƏTBUAT ŞURASINDA “QAYNAR XƏTT” YARADILACAQ

Next Post

“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏBASAR BÖLGƏSİ ÜZRƏ MÜXBİRİNİ TƏHLÜKƏ GÖZLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.