MƏTBUAT ŞURASINDA “QAYNAR XƏTT” YARADILACAQ

15 oktyabr prezident seçkiləri günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq.

Bu barədə məlumatı “Yeni Müsavat” qəzetinə Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Onun sözlərinə görə, “qaynar xətt” seçki günü informasiya əldəetmə sahəsində çətinliklə üzləşən jurnalistlərə yardım etmək məqsədi daşıyır.
”Jurnalistlər məntəqələrdə üzləşdikləri problemlər barədə bizə məlumat verəcək, biz də işə qarışıb, onu həll edəcəyik. Təbii ki, bizə edilən şikayətləri operativ olaraq, MSK rəhbərliyinə çatdıracağıq. KİV-lə dövlət qurumları arasında konfliktlərin həlli komissiyası da həmin gün operativ olaraq işləyəcək. Koordinasiyalı fəaliyyət nəticəsində seçki günü jurnalistlərin informasiya təminatında problem olmamağına çalışacağıq”, – deyə Ə.Amaşov vurğulayıb.
Yeri gəlmişkən qeyd edək ki, RATİ-də də sutkanın 24 saatı ərzində qaynar xətt mövcuddur. Peşəkar fəaliyyətləri ilə bağlı hər hansı bir problemlə üzləşən  media nümayəndələri sutka boyu 012 418-03-34 saylı nömrəyə zəng edə bilərlər.

Previous Post

CƏNUB MEDİA RESURS MƏRKƏZİ YARADILIB

Next Post

MEDİANIN DURUMUNA HƏSR OLUNMUŞ FORUM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.