“AZADLIQ” QƏZETİNİN KEÇMİŞ REDAKSİYASININ YERİNDƏ 4 MƏRTƏBƏLİ BİNA TİKİLİR

Vaxtı ilə “Azadlıq” qəzetinin redaksiyasına məxsus olmuş Xəqani küçəsi 33 ünvanındakı sökülmüş iki mərtəbəli binanın yerində Hesablama Palatasının 4 mərtəbəli inzibati binası ucaldılır.

Sökülmüş binanın qarşısındakı lövhədə yeni inşa ediləcək binanın layihəsi əks olunur.
Xatırladaq ki, sökülmüş bina 1992-ci ildən “Azadlıq” qəzetinə məxsus olub. 2006-cı ilin  noyabrınadək “Azadlıq” qəzeti ilə yanaşı Xəqani küçəsi 33-də Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Bizim yol” qəzeti, “Turan” İnformasiya Agentliyi, “Yeni nəsil” Jurnalistlər Birliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yerləşirdi. Bütün bu qurumlar İqtisad Məhkəməsinin 2006-cı  ilin  noyabrın 24-də hökumətin siyasi sifarişinə uyğun  verilmiş məhkəmə qərarına əsasən elə həmin gün  zorla binadan çıxarılmışdılar. Məhkəmə qərarına əsasən Xəqani 33 ünvanında yerləşən bina Müəllimlərin Təkmilləşdirmə İnstitutuna verilib və Təhsil Nazirliyinin balansına keçirilmişdi. Lakin bir neçə ay sonra Nazirlər Kabinetinin qərarına əsasən bina Təhsil Nazirliyindən alınaraq  Hesablama Palatasının balansına verilmişdir.

Previous Post

AQİL XƏLİLİN İDDİASI ƏSASINDA MƏHKƏMƏ PROSESİ GƏLƏN AYIN SONUNA QALDI

Next Post

BƏRDƏDƏ QƏZETLƏRİN SATIŞINA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.