Bu gün (21 may) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin
Azərbaycan Respublikası Baş Prokurorluğuna və prokurorluğun jurnalistlə bağlı hazırladığı video süjeti nümayiş etdirən telekanallara qarşı qaldırdığı iddiası əsasında məhkəmə hazırlıq iclası keçirilib.
İclas zamanı A. Xəlil vəkili ezamiyyətdə olduğu üçün məhkəmə prosesini iyun ayına təyin etməyi hakimdən xahiş edib. Bunu nəzərə alan hakim məhkəmə prosesini iyunun 25-i saat 16. 00-a təyin etdi.