“QASİD”İN DƏ ÖZƏLLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR

 Dünən xəbər vermişdik ki, “Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin satışı üzrə investisiya müsabiqəsində “Kaspi Mətbuat Yayımı” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib.

Bununla bağlı RATİ bu gün “Qaya” Mətbuat Yayımı Şirkətinin rəhbəri Xanhüseyn Əliyevlə əlaqə saxlayıb. X.Əliyev bildirdi ki, “bu haqda söhbətlər 6 ay bundan əvvəl başlamışdı. Və mən belə görürdüm ki, bu və digər yayımlar bir adamın əlində cəmlənəcək. Və buna start verildi. Azərbaycanda hər şey inhisardadır. Bu isə yayımın inhisara alınmasıdır. Digər yayım şirkəti – “Qasid”-in də “Kaspi Mətbuat Yayımı” firması adı altında birləşdirilməsi gözlənilir”.
Previous Post

“FREEDOM HOUSE”-UN HESABATINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞININ VƏZİYYƏTİ QİYMƏTLƏNDİRİLİB

Next Post

NAZİR TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.