TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLƏV NEFT AKADEMİYASINDAN XARİC OLUNDU

Poliqon İnformasiya Agentliyinin (pia.az) redaktoru və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi Elmin Bədəlov təhsil aldığı ali məktəbdən xaric olunması ilə bağlı əmr verilib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Neft mexanika” fakultəsinin dekan müavini İlman Həsənov məlumat verib. O bildirib ki, E. Bədəlov artıq 3 imtahandan kəsilib və buna görə də rektorun əmri ilə ali məktəbdən xaric edilib.
RATİ-nin “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin də iştirakı ilə yenidən imtahan təşkil olunması ilə bağlı müraciətinə cavab olaraq İ.Həsənov bunun mümkünsüz olduğunu bildirib: “Elmin Bədəlovun ali məktəbdən xaric olunması onun 3 imtahandan kəsilməsi ilə əlaqədardır və bununla bağlı artıq rektorun əmri var. Ona görə də bu məsələ ilə bağlı hər hansı bir cəhdin mənasız olduğunu hesab edirəm”.
Elmin Bədəlov isə RATİ-yə bildirib ki, onun ali məktəbdən xaric olunması jurnalist fəaliyyəti ilə əlaqədardır. “Mən xüsusi komissiya ilə yenidən imtahan təşkil olunmasını və bununla da onlara mənə qarşı baş verənlərin qərəzli mövqedən irəli gəldiyini sübut etmək istəyirəm”.
Qeyd edək ki, RATİ-nin müraciətinə əsasən, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi tələbə-jurnalistin imtahanının nəticələrinin xüsusi komissiya ilə yoxlanılması ilə bağlı Təhsil Nazirliyinə müraciət versə də, hələlik bu qurumdan cavab verilməyib.
Xatırladaq ki, Elmin Bədəlov 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj”   adlı  məqalə yazıb. Tələbə-jurnalist ona qarşı baş verən təzyiqlərin də məhz yazdığı məqalə ilə əlaqədar olduğunu bildirir.

Previous Post

SÖZ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Next Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.