İCTİMAİ BİRLİK SƏDRİNİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNDU

Bu gün (27 yanvar) Ali Məhkəmədə hakim Vəfaddin İbayevin sədrliyi ilə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətifə Məlikovanın kassasiya şikayətinə baxılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən  L.Məlikovanın sözlərinə görə şikayət təmin edilib və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı. 29 sentyabr 2009-cu ildə Bakı Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

SÖZ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİ YENİ STRUKTURLA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.