SÖZ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİ YENİ STRUKTURLA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Dünən (26 yanvar) Söz Azadlığının Müdafiə Komitəsinin iclası keçirilib.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov, köşə yazarı Şahvələd Çobanoğlu və Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayevanın iştirakı ilə toplaşan işçi qrup komitənin strukturunun sədr, idarə heyəti və katiblikdən ibarət olması qərarına gəliblər. Katibliyə KİV-lə, QHT-lərlə, siyasi partiyalarla və s. məsələlər üzrə əlaqələndiricilər daxildir. Bir nəfər katibliyin rəhbəri seçiləcək. Onunla çalışan yeddi işçi əməkhaqqı ilə işləyəcəklər. Fond yaradılacaq və həbsdə olan, təzyiqlərə məruz qalan jurnalistlərə müəyyən qədər köməklik göstəriləcək.
İlkin razılaşmaya görə, sədr rotasiya qaydasında – 3 aydan bir dəyişəcək. İdarə heyətinə isə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin üzv olması nəzərdə tutulur.

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİNİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNDU

Next Post

EYNULLA FƏTULLAYEVİN QAN ANALİZİNİN NƏTİCƏLƏRİ MƏLUM OLSA DA, AÇIQLAMA VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.