“Azadlıq” qəzetinə dəstək üçün kampaniya başlayıb

1

Noyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yeni qərargah-mənzilində “Azadlıq” qəzeti üçün ianə toplama və abunə yazılma aksiyası-marafonu start götürüb.

Kampaniyanın başladığı ilk saatlarda yüzlərlə insan – müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin fəalları, ziyalılar, adi vətəndaşlar dəstək verməyə gəliblər.

Bəzi aksiya iştirakçıları 1000 manata qədər məbləğdə şəxsi vəsaitlərini ianə ediblər.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, bu gün başlamış dəstək aksiyası çərçivəsində 13.500 manat məbləğində pul toplanıb və  nəşriyyatla razılıq əldə edildiyi üçün qəzet sabahdan çap ediləcək.

 “Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin 25 min manat məbləğində borcu olması bəhanəsi ilə qəzetin nəşrini dayandırıb.

Previous Post

Metro keçidlərində qəzet-jurnal, kitab, dəftər satışı qadağan edilib

Next Post

Nəşriyyat “Yeni Müsavat” qəzetinə borcla bağlı xəbərdarlıq edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.