Nəşriyyat “Yeni Müsavat” qəzetinə borcla bağlı xəbərdarlıq edib

SONY DSC

“Yeni Müsavat” qəzetinin maddi sıxıntılarına görə nəşriyyata borcu yaranıb. Bu barədə bu gün (15 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin direktoru Ələsgər Süleymanov məlumat verib.

 O bildirib ki, qəzetin nəşriyyata 12890 manat borcu var və bu borcu ödəmək üçün nəşriyyat qəzetə 2 ay vaxt verib.

“ Biz nəşriyyata aylıq ödəniş edirdik. İndiyə kimiə bizə deyilməmişdi ki, borcun hamısı ödənilsin. Lakin dünən çox qəti şəkildə bildirildi ki, bütün borc 2 ay müddətində ödənilməlidir. “Qasid” və “Azərmətbuat” ın qəzetimizə borcu var və buna görə də maddi sıxıntılar yaşayırıq”,-deyə baş direktor qeyd edib.

Ə. Süleymanov onu da qeyd edib ki,  nəşriyyatla danışıqlar aparılacaq və razılığa gələcəklər.

Previous Post

“Azadlıq” qəzetinə dəstək üçün kampaniya başlayıb

Next Post

Reytinq qəzetinin satışı dayandırılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.