Metro keçidlərində qəzet-jurnal, kitab, dəftər satışı qadağan edilib

 Noyabrın 14-dən Bakının bütün metro keçidlərində qəzet və jurnalların, noyabrın 15-dən isə kitab və digər çap məhsullarının, o cümlədən dəftər, bloknot və s.  satışı dayandırılıb.

Metro keçidlərində qəzet-jurnal satışı ilə məşğul olan “Metroservis”  firmasıdır. Firmadan RATİ-yə bildirilib ki, “Metroservis” rəhbəri noyabrın 14-dən metro keçidlərində qəzet-jurnal satışının dayandırılması barədə sərəncam imzalayıb.

Bakı metropoliteninin mətbuat xidməti isə  metro keçidlərində qəzet-jurnal, kitab və digər nəşrlərin satışının yığışdırıldığını təsdiq edib.

Xatırladaq ki, bir ay bundan öncə metro keçidlərində müxalifətyönlü “Azadlıq”, “Yeni Müsavat”  və bir sıra tənqidçi qəzetlərin satışı qadağan edilmişdi.

Previous Post

Azərbaycan hökuməti ifadə və birləşmək azadlığına qarşı silsilə təzyiqlərə son qoymalıdır

Next Post

“Azadlıq” qəzetinə dəstək üçün kampaniya başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.