MEDİA HÜQUQU İNSTİTUTU DƏYİRMİ MASA KEÇİRİB

Bu gün Media Hüququ İnstitutu 17 May Ümumdünya Telekommunikasiya və İnformasiyalı Toplum Günü münasibətilə Dəyirmi Masa keçirib.

Dəyirmi Masaya dövlət orqanları nümayəndələrinin informasiya xidmətlərinin, media quruluşlarının, vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri qatılıblar.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı əlamətdar gün ərəfəsində “İnformasiya əldə etmək haqqında” Qanunun necə işləməsi ilə bağlı 2006-cı ilin oktyabr ayından başlayaraq araşdırma apardıqlarını dedi. “Bu araşdırma Azərbaycanda Bilgi Azadlığının durumunu öyrənmək, hər kəsin sahib olduğu bilgi əldə et¬mək hüququnun necə işlədiyinə işıq tutmaq məqsədilə İns¬titutumuzun Ekspertlər Qrupu tə¬rə¬fin¬dən aparılıb. Araşdırma 2006-cı ilin sentyabrında başlayıb, 1 may 2009-cu ilə qədərki dövrü əhatə edir” – deyən R.Hacili qeyd etdi ki, araşdırmanın aparılmasına müxtəlif vaxtlarda Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun  İnsan Haq¬¬ları və Yönətim Proqramı, ATƏT-in Bakı ofisi və ABŞ-ın Demokratiyaya Dəstək Fon¬du dəstək verib”
Media Hüququ İnstitutunun proqramlar üzrə koordinatoru Xalid Ağaliyevin açıqladığı rəqəmlərə görə, 2006-cı ilin oktyabr ayından bəri 260 dövlət qurumuna 960 bilgi sorğusu göndərilib. Sorğular vasitəsilə qurumlardan qanunvericiliyə görə açıq sayılan bilgilər istənilib. Həmin sorğuların cəmi 304-nə cavab ve¬¬rilib. Ancaq həmin cavabların 135-i qanunla müəyyən olunmuş 7 iş günü müddəti keçdikdən sonra verilib. Yalnız 169 sorğuya cavab vaxtında verilib.
Tədbirin sonunda ictimaiyyət və media nümayəndələri, təşkilatları, hüquqçular adından informasiya əldə etmək hüququnu təsbit edən qanunvericiliyin daha yaxşı işləməsinə yardımçı olması üçün Ölkə Prezidentinə müraciət edilməsi qərara alınıb.
Previous Post

ƏDLİYYƏ NAZİRLİYİ İKİ QHT TƏRƏFİNDƏN MƏHKƏMƏYƏ VERİLİB

Next Post

GƏDƏBƏY SAKİNİ İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.