QƏNİMƏT ZAHİD QHT-LƏRİ BİRLİYƏ ÇAĞIRIB

Dünən (29 iyun) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın özü məlumat verib. O baş redaktorun səhhətinin normal olduğunu, saxlanma şəraitindən narazılıq etmədiyini bildirib. A.Mürsəliyeva həyat yoldaşının Azərbaycanda və xaricdə baş verən hadisələrə münasibət bildirdiyini deyib:
“Qənimət bəyin baş verən proseslərə gec münasibət bildirməsinə səbəb informasiyaları gec almasıdır. O, QHT-lə bağlı fikir bildirərək, onların ciddi birliyə malik  olmasını istəyib. Qənimət hökumətin ortaya atdığı bu fikrin düşünülmüş bir məsələ olduğunu hesab edir.”
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

MAHAL İSMAYILOĞLUNA SABAH HÖKM OXUNACAQ

Next Post

QƏNİMƏT ZAHİD “VİCDAN MƏHBUSU” KİMİ TANINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.