Həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov son zamanlar qəzetin əməkdaşı Aqil Xəlillə bağlı baş verən hadisələrdən çox narahatdır.
Bunu RATİ-yə bu gün (15 may) baş redaktorla 1 saylı Bayıl İstintaq Təcridxanasında görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib:
“Qənimətin saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti yoxdur. Yeganə narahatçılığı Aqillə bağlı yayılan məlumatlara görədir. O, Aqilə hansısa zərərin vurulacağından çox narahatdır”, – deyə qeyd edən Mürsəliyeva onu da əlavə edib ki, gələn həftə jurnalist cəzaçəkmə müəssisəsinə köçürülə bilər. Amma hələ ki, ona bu barədə xəbərdarlıq edilməyib.