MÜSTƏNTİQ AQİL XƏLİLİN ÖLKƏDƏN ÇIXMAMASI ÜÇÜN JURNALİSTİN SƏNƏDƏ İMZA ATMASINI İSTƏYİB

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil dünən (14 may) axşam saatlarında yenidən istintaqa ifadə verib.

Jurnalistin özünün RATİ-yə verdiyi məlumata görə dindirilmə zamanı müstəntiq Əli Quliyev ona yalnız mayın 7-də “28 may” metro stansiyasında ona qarşı baş vermiş məlum hadisə ilə bağlı suallar verib. Bundan əlavə  jurnalistə bir nəfərin adını çəkiblər və ondan həmin şəxsi  tanıyıb tanımadığını soruşublar. Xəlil istintaqa belə bir adamı tanımadığını bildirib.
Müstəntiq Ə. Quliyev A. Xəlilə imzalamaq üçün sənəd təqdim edib, Xəlil bu sənədi imzalamaqdan imtina edib: ”Sənəddə istintaq zamanı mənə ölkəni tərk etməyin qadağan edilməsi ilə bağlı bənd olduğundan bunu imzalamaqdan imtina etdim.”

 

Previous Post

QƏNİMƏT ZAHİDOV AQİL XƏLİLLƏ BAĞLI HADİSƏLƏRDƏN NARAHATDIR

Next Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.