QƏNİMƏT ZAHİD QIZININ ALİ MƏKTƏBƏ DAXİL OLMASINA SEVİNİB

Dünən  (10 avqust) Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. O, baş redaktorun səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib.
“Qənimət Zahidin qızının Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinin Amerika bölümünə daxil olmasına sevindi və qızını bu münasibətlə  təbrik etdi” – deyə A.Mürsəliyeva bildirdi.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİNİN İDDİASI TƏMİN OLUNMADI

Next Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.