QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Avqustun 8-də yaxın qohumları  “Bizim Yol” qəzetinin müxbiri, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovla görüşüblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin qardaşı oğlu Cavidan Hüseynov məlumat verib.
“Müşfiq Hüseynov saxlanma şəraitindən narazılıq etməyib. Müalicəsini davam etdirən Müşfiq hələ də ağrılarından şikayət etsə də, səhhətində müəyyən irəliləyişlərin olduğunu da bildirib”, – deyə C.Hüseynov bildirdi.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

QƏNİMƏT ZAHİD QIZININ ALİ MƏKTƏBƏ DAXİL OLMASINA SEVİNİB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.