MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisində müalicə olunan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov bu gün (16 dekabr) ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin qardaşı oğlu Cavidan Hüseynov məlumat verib.

“Müşfiq son bir neçə gündə öskürəyinin artdığını, iştahının daha da azaldığını deyib. Vəziyyəti ağır olaraq qalır” – deyə C.Hüseynov qeyd edib. Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

QƏNİMƏT ZAHİD HƏLƏ DƏ MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏYİB

Next Post

NAXÇIVANDA DEMOKRATİYA VƏ QHT-LƏRİN İNKİŞAFI RESURS MƏRKƏZİNİN ƏMƏKDAŞLARI DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.