İKİ BEYNƏLXALQ TƏŞKİLAT NOVRUZƏLİ MƏMMƏDOV BARƏDƏ SƏNƏD QƏBUL EDİB

avqust 25th, 2008
BMT-də məsləhətçi statusuna malik İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya və İşgəncələrə qarşı Beyənlxalq Təşkilat “Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun və həbs edilmiş oğlu Emil Məmmədovun hüquqlarının kobud şəkildə pozulması ilə bağlı müraciət-bəyanat qəbul ediblər.

Hər iki sənəd bu gün Azərbaycanın rəhbərliyinə göndərilib, eyni zamanda sənədlərin BMT və digər beynəlxalq təşkilatlarda müzakirə olunması tövsiyə olunmuşdur. Bu haqda məlumat RATİ-yə N.Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov tərəfindən daxil olub.
Məlumatda bildirilir ki, Novruzəli Məmmədov bu sənədlərdə siyasi məhbus kimi tanınmış və onun qeyd-şərtsiz azad edilməsi tələb olunmuşdur. Eyni zamanda onun oğlu Emil Məmmədovun həbsi Novruzəli Məmmədova təzyiq vasitəsi kimi qiymətləndirilimiş və onun da dərhal azad edilməsi tələb edilmişdir.
Hər iki sənəd Azərbaycanın xaricdəki səfirlikləri ilə yanaşı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndələrinə də gönədrilmişdir.