HƏYAT YOLDAŞI BAŞ REDAKTORLA GÖRÜŞÜB

Dünən (28 iyul) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid) həyat yoldaşı Ayəndə Mürsəliyeva 17 saylı Cəzaçəkmə Müəssisəsində (CM) baş redaktorla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən A.Mürsəliyeva Zahidovun  əsasən ənənəvi revmatizm ağrılarından əziyyət çəkdiyini bildirdi: ”Dizindəki ağrılar son günlər daha da güclənib. Onun müalicəsi  üçün  cəzaçəkmə müəssisəsində şərait olmadığından, hələ ki, onun üçün apardığım ağrıkəsici dərmanlardan və revmatizm üçün lazım olan mazdan istifadə edir”. 
          Baş redaktor həyat yoldaşına əlindən alınmış əlyazmalarla bağlı keçiriləcək məhkəmədə iştirak etmək istədiyini, lakin məhkəməyə aparılmayacağını deyib: ”Əgər mənim məhkəmədə iştirakıma icazə versələr, mütləq iştirak etmək istərdim, çünki, işin detalları haqqında özüm hamıdan yaxşı bilirəm”.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN YAZDIĞI KİTABIN MÜSADİRƏ EDİLMİŞ ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Next Post

ALİ MƏHKƏMƏ MÜŞFİQ HÜSEYNOV BARƏDƏ ÇIXARILMIŞ QƏRARI QÜVVƏDƏ SAXLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.