ALİ MƏHKƏMƏ MÜŞFİQ HÜSEYNOV BARƏDƏ ÇIXARILMIŞ QƏRARI QÜVVƏDƏ SAXLADI

Bu gün (29 iyul) Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov barəsində çıxarılmış qərardan verilən kassasiya şikayətinə baxılıb.

Jurnalistin qohumu Cavidan Hüseynovun RATİ-yə verdiyi məlumata görə, hakim aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb. C. Hüseynov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.
    Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.

Previous Post

HƏYAT YOLDAŞI BAŞ REDAKTORLA GÖRÜŞÜB

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR VƏ RATİ ƏLİ ABBASOVA BİRGƏ SORĞU GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.