VƏKİL ELÇİN SADIQOV QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (1 iyul) Media Hüququ İnstitutunun (MHİ) vəkili Elçin Sadıqov 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E.Sadıqovun özü məlumat verib. Onun sözlərinə görə, görüşdə baş redaktorla əsasən həbs müddətinin üçdə bir hissəsini çəkdiyi üçün cəzasının yüngülləşdirilməsi ilə bağlı söhbətlər aparılıb:
“Qənimət bəyin  bu məsələ ilə əlaqədar tərəddüd etdiyini bilərək, ona izah etdim ki, cəzasının çəkilməyən hissəsini daha yüngül cəza ilə əvəz etmək üçün məhkəməyə müraciət etmək, həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə bağlı müraciət etmə hüququnun olduğunu da ona bildirdim. Qənimət bəy bildirdi ki, bu barədə düşünəcək və gələn görüşdə qərarını deyəcək.”
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

RATİ-NİN BƏYANATI: MAHAL İSMAYILOĞLUNA VERİLMİŞ CƏZA HAKİMİYYƏTİN SİFARİŞİDİR

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU “DIFFAMASİYA HAQQINDA “ QANUN LAYİHƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.