RATİ-NİN BƏYANATI: MAHAL İSMAYILOĞLUNA VERİLMİŞ CƏZA HAKİMİYYƏTİN SİFARİŞİDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluna bu gün (01 iyun) 2 il azadlıqdan şərti məhrumetmə cəzası verilməsini pisləyir.

 Belə ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunu döyməkdə günahlandırılaraq, Abşeron rayon polis idarəsinin istintaq şöbəsində barəsində cinayət işi başlanılmış və iş baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və və zərərçəkmiş tərəfin şahidlərin verdiyi ziddiyyətli ifadələr M.İsmayıloğlunun barəsindəki cinayət işinin qurama olduğunu və onun əslində, hakimiyyət barədə tənqidi yazılara görə şərləndiyi ortaya çıxmışdır.
     Ürək ağrılarından əziyyət çəkən və təcili xarici ölkədə cərrahiyyə əməliyyatına ehtiyacı olan jurnalistə verilmiş cəza onun ölkədən çıxmasını qadağan edir və bu da, M.İsmayıloğlunun hayatı üçün real təhlükə yaradır.  Bu da onu göstərir ki, hakimiyyət M.İsmayıloğluna qarşı qərəzli mövqe tutub və ona verilmiş cəza sifarişlidir.
     RATİ Azərbaycan hakimiyyətini M.İsmayıloğluna qarşı çıxarılmış sifarişli məhkəmə hökmünü ləğv etməyə və ona bəraət verməyə çağırır.
     RATİ xatırladır ki, “Gündəlik Azərbaycan” və “Realnıq Azerbaydıan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hökumətin sifarişi ilə bu gün də həbsxanada saxlanılırlar.
     RATİ həmçinin sifarişli həbs olunmuş bütün jurnalistlərin qeyd-şərtsiz azad olunmasını hökumətdən tələb edir.
Previous Post

MAHAL İSMAYILOĞLUNA 2 İL AZADLIQDAN ŞƏRTİ MƏHRUMETMƏ CƏZASI VERİLDİ

Next Post

VƏKİL ELÇİN SADIQOV QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.