HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (22 fevral) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə  Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb. A.Mürsəliyevanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, baş redaktor saxlanma şəraitindən heç bir şikayəti olmadığını desə də, revmatizm ağrılarının gücləndiyini və müalicəsini davam etdirdiyini  bildirib.

Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“YENİ NƏSİL” ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN İLDÖNÜMÜ İLƏ BAĞLI MÜRACİƏT YAYIB

Next Post

RATİ ELMAR HÜSEYNOVA ABİDƏ QOYULMASI ÜÇÜN NÖVBƏTİ DƏFƏ PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.