Martın 8-də Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyeva məlumat verib.
“AŞ-nın insan hüquqları üzrə komissarı Tomas Hammerberq ötən həftə ölkəmizə səfəri çərçivəsində Qənimət Zahidlə görüşüb və onunla Azərbaycanda söz azadlığı və insan haqları sahəsindəki problemlərdən danışıblar” – deyə A.Mürsəliyeva qeyd edib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.