“AZƏRBAYCANDA İNFORMASİYA AZADLIĞI VƏ MƏLUMAT ƏLDƏ ETMƏK HÜQUQU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (10 mart) “Respublika lyuks” otelində “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda Dəyirmi Masa keçirilib. “Elmar Hüseynov ongünlüyü” tədbirlər planı çərçivəsində keçirilən Dəyirmi Masanı “ARTICLE 19”, “Yeni Nəsil” jurnalistlər birliyi və Media Hüququ İnstitutunun  (MHİ) təşkil edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Azərbaycanda informasiya əldə etmək sahəsində problemlərin olduğunu deyərək, bu mövzu ətrafında müzakirə aparmağın vacib olduğunu vurğulayıb. Daha sonra çıxış edən “ARTICLE 19” təşkilatının Azərbaycan və Avropa proqramının əməkdaşı Rebekka Vinsent, “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, MHİ-nin sədri Rəşid Hacılı bildirdilər ki, Azərbaycanda informasiya əldə etmək sahəsində problemlərlə bağlı bu təşkilatlar İfadə Azadlığı Uğrunda Qlobal Kampaniya çərçivəsində 2008-2009-cu illərdə tədqiqatlar apararaq, müvafiq hesabat və tövsiyələr hazırlayıblar.
Rəşid Hacılı “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququnun imkanları” mövzusunda çıxış edərək bildirdi ki, aparılan araşdırmalar nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi zamanı xeyli sayda pozuntular ortaya çıxıb. O qeyd etdi ki, bu kimi hallarla bağlı MHİ məhkəmədə iddialar qaldırıb.
Daha sonra İstanbul Bilgi Universitetinin professoru Yaman Akdeniz Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququnun imkanları” mövzusunda çıxış edərək, bu sahədə Türkiyə və Azərbaycandakı vəziyyətin müqayisəli təhlilini apardı.
Dəyirmi Masada çıxış edən millət vəkilləri – Əliməmməd Nuriyev, Fazil Qəzənfəroğlu, Elmira Axundova, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və digərləri də diskussiyalarda iştirak edərək, problemi müzakirə ediblər və məsələ ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbirin sonunda “ARTICLE 19” təşkilatının Azərbaycan və Avropa proqramının əməkdaşı Rebekka Vinsent çıxış edərək tövsiyələr səsləndirib.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,448/lang,az/

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.