“SƏRHƏDSİZ REPORTYORLAR” ELMAR HÜSEYNOVUN İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANAT YAYIB

“Sərhədsiz Reportyorlar” təşkilatı “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda E. Hüseynovun qətlə yetirilməsi hadisəsindən 4 il keçməsinə, hadisədən sonra dövlət başçısı İlham Əliyevin bu qətli təxribat və terror aktı adlandırmasına və bu qətlin üstünün açılması ilə bağlı müəyyən göstərişlər verməsinə baxmayaraq baş redaktorun qətlinin açılması istiqamətində aparılan  istintaq və əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi  və qatillərin hələ də azadlıqda olduğu bildirilir: “Cinayətin törədilməsində şübhəli bilinənlər hələ də həbs edilməyib və dindirilməyib ki, bu da cəzasızlıq atmosferi yaradır”.
Bəyanatda o cümlədən, Azərbaycanda müstəqil jurnalistlərə və KİV-ə hələ də təqiblərin davam etməsi məsələsi də öz əksini tapıb.
Xatırladaq ki,  "Monitor" jurnalının baş redaktoru, 38 yaşlı Elmar Hüseynov 2005-ci il martın 2-də saat 20:50-də öz evinin girəcəyində yeddi güllə ilə qətlə yetirilmişdi. Onu da qeyd edək ki,  Baş Prokurorluq qətl faktı üzrə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120.2.4 və 228-ci  (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələr ilə cinayət işi açılmışdır.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

METYU BRAYZA İLHAM ƏLİYEVLƏ XARİCİ RADİOLAR MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.