JURNALİST BARƏSİNDƏ ÖLKƏNİ TƏRK ETMƏMƏK HAQQINDA QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Fevral ayının 14-də “Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğlu Abşeron Rayon Polis İdarəsinə (RPİ) çağırılaraq barəsində ölkəni tərk etməmək haqqında qətimkan tədbiri seçilib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin hüquqlarını müdafiə edən “Media Hüquqları İnstitutu” nun vəkili Elçin Sadıqov verib. Vəkilin sözlərinə görə M. İsmayıloğlu polis idarəsinə 8 ay öncə onun haqqında açılmış cinayət işinin yekunlaşması ilə əlaqədar çağırılıb.
Məsələ ilə əlaqədar Abşeron RPİ-i ilə əlaqə saxlamaq istəsək də idarədən telefon zənglərimizə cavab verilmədi.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya, jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

BÖYÜK BRİTANİYA RƏSMİSİ AZƏRBAYCAN XİN-DƏ XARİCİ RADİOLARLA BAĞLI MÜZAKİRƏLƏR APARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.