AYƏNDƏ MÜRSƏLİYEVA QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün (4 may) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) Ayəndə Mürsəliyevanın özü verib.
Q.Zahidin səhhətinin normal olduğunu, saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirən A.Mürsəliyeva baş redaktorun 30 aprel tarixində Azərbaycan Neft Akademiyasında baş vermiş hadisəni terror kimi qiymətləndirdiyini söylədi: "Qənimət bu hadisənin təsadüfi elementlərin ayağına yazılmamasını və məsələnin kökünün  dərindən araşdırılmasını istəyir". A.Mürsəliyeva RATİ-yə onu da bildirib ki, Q.Zahidlə məsləhətləşəndən sonra AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə məktub ünvanlayıblar: “Q.Zahidin məktubu tərcümə edib. Məktubda baş redaktorun həbsinin səbəbləri, ictimai-siyasi fəaliyyəti,  məhkəmədə söylədiyi son söz, həmçinin Q.Zahidin həbsinin Prezident İlham Əliyev tərəfindən sifarişlə yerinə yetirildiyini də qeyd edilib”. 
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Previous Post

RATI-NIN ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATI

Next Post

BARAK OBAMA DÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ VERDİYİ BƏYANATDA AZƏRBAYCANIN ADINI ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.