BARAK OBAMA DÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ VERDİYİ BƏYANATDA AZƏRBAYCANIN ADINI ÇƏKİB

Mayin 1-də ABŞ Prezidenti Barak Obama 2009 (3 may) Dünya Mətbuat Azadlığı Günü münasibətilə rəsmi bəyanat yaymışdır.

Obama bəyanatda Azərbaycanın adını çəkərək deyib: “Dünyanın hər yerində həbsdə olan və ya aktiv şəkildə təzyiqə məruz qalan jurnalist var: Azərbaycandan Zimbabveyə, Burmadan Özbəkistana, Kubadan Eritrayadək.”
“Dünya mətbuat azadlığının mərkəzi və danılmaz vacibliyini tanıdığı halda, jurnalistlər özlərinin təhlükə ilə əhatə olunduqlarını dərk edirlər” – deyə Obama bildirmişdir.  “Bu gunün ilk dəfə təxminən 16 il əvvəl qeyd olunduğu gündən bəri 692 jurnalist qətlə yetirilib. Bunlardan yalnız 1/3-nin müharibəni işıqlandırmaq təhlükəsi ilə əlaqəsi olub; qurbanların çoxu öz vətənlərində cinayət, korrupsiya və milli təhlükəsizlik mövzularını işıqlandıran yerli reportyorlar olub. Bu faciəvi siyahıya hər il hədələrlə, senzura ilə və təsadüfi həbslərlə üzləşən bundan da yüzlərlə çoxu əlavə olunur – hansıların ki, həqiqətə olan sevgidən və azad cəmiyyətin informasiyalı vətəndaşlardan ibarət olduğuna qəti inamı olmaqdan savayı heç bir günahları yoxdur.”
Bəyanatın tam mətnini burda oxuya bilərsiniz:
Previous Post

AYƏNDƏ MÜRSƏLİYEVA QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

DAXİLİ QOŞUNLARIN KOMANDANI “NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNU MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.