HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (8 iyun) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyevanın özü məlumat verib. Baş redaktorun səhhətinin normal olduğunu, saxlanma şəraitindən şikayət etmədiyini deyən A.Mürsəliyeva, görüşdə söhbətin mövzusunun  əsasən jurnalistlərin Norveç səfəri  ilə bağlı olduğunu bildirdi. A.Mürsəliyeva Norveçdə “Söz azadlığı” fondunun dəstəyi ilə təsis olunmuş mükafatın “Azadlıq” qəzetinə də təqdim olunması barədə təəssüratlarını baş redaktorla bölüşdüyünü və baş redaktorun mükafatlanmaya görə sevinc hissləri keçirdiyini deyib.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

NORVEÇDƏ SÖZ AZADLIĞI ÜZRƏ QLOBAL FORUM KEÇİRİLDİ

Next Post

EMİN HÜSEYNOVUN İDDİASINA ƏSASƏN PROSESDƏ YEKUN ÇIXIŞLAR DİNLƏNİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.