QƏNİMƏT ZAHİDOV MƏHKƏMƏ PROSESİNƏ QATILACAQ

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov məhkəmə prosesində iştirak edəcək.

Məlumatı RATİ-yə dünən (22 aprel) həbsxanada baş redaktorla görüşən vəkil Əlaif Həsənov verib.Məlumatı RATİ-yə dünən (22 aprel) həbsxanada baş redaktorla görüşən vəkil Əlaif Həsənov verib.

O bildirib ki, Zahidov Apellyasiya Məhkəməsindən heç bir ədalətli qərar gözləməsə də, ümumi məsləhətlərdən sonra məhkəmədə iştirak etməyə razılıq verib. Vəkil onu da bildirib ki, baş redaktorun səhhəti normaldır və o saxlanma şəraitindən razıdır.
Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Q. Zahidovun vəkilləri Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Şikayətə aprel ayının 25-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.(

Previous Post

ƏFV EDİLMİŞ JURNALİST POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Next Post

JURNALİSTİ ÖLÜMLƏ HƏDƏLƏYƏN ŞƏXS İNDİ DƏ PROKURORLUĞA ŞİKAYƏT EDƏCƏYİNİ DEYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.