JURNALİSTİ ÖLÜMLƏ HƏDƏLƏYƏN ŞƏXS İNDİ DƏ PROKURORLUĞA ŞİKAYƏT EDƏCƏYİNİ DEYİR

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilov ona gələn hədələyici zənglərlə bağlı  Mətbuat Şurasına (MŞ) müraciət edib.

Bu barədə jurnalistin özü RATİ-yə məlumat verib.Onun sözlərinə görə müraciət edilməmişdən də MŞ-da  məsələdən xəbər tutublarmış. MŞ-dan bildirilib ki, baş verən hadisə haqqında Daxili İşlər Nazirliyini və digər hüquq mühafizə orqanlarına məlumat veriləcək.

Xatırladaq ki, aprelin 21-də və 22-də (050) 224-03-15 nömrəli telefondan Ədilova hədələyici zənglər gəlmişdi və o naməlum şəxs tərəfindən ölümlə hədələnmişdi.
           RATİ-nin əməkdaşı qeyd olunan nömrəyə zəng edərək vəziyyətə aydınlıq gətirməyə cəhd etdi.  Dəstəyi qaldıran şəxs özünü təqdim etməsə də N. Ədilovun ünvanına xoş olmayan ifadələr işlətdi və onu “şantajçı” hesab edərək özü N. Ədilov haqqında prokurorluğa müraciət hazırladığını dedi.

Previous Post

QƏNİMƏT ZAHİDOV MƏHKƏMƏ PROSESİNƏ QATILACAQ

Next Post

HƏBSDƏ OLAN AZƏRBAYCAN JURNALİSTLƏRİNDƏN ÜÇÜ MÜKAFATLANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.