ƏFV EDİLMİŞ JURNALİST POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu bu gün (23 aprel) Lənkəran Şəhər Polis İdarəsinə çağırılıb.

Bu haqda məlumatı RATİ-yə jurnalistin özü verib: “mən Lənkəran polisi tərəfindən tez-tez narahat edilirəm. Bu gün səhər isə polis İdarəsinə getdim. Ordan mənə söylədilər ki, mənimlə bağlı şikayət daxil olub. Mən şikayət ərizəsini tələb edəndə isə bildirdilər ki, mənimlə bağlı şikayət ərizəsi yoxdur, sadəcə polisə verilmiş başqa şikayət ərizəsi üzrə kimdənsə izahat alıblar və həmin şəxs izahatında mənim adımı çəkib. Həmin şəxsin kimliyini mənə demədilər. Daha sonra müstəntiq Fuad Əliyev bildirdi ki, günorta saatlarından sonra gəl. Mən deyilən vaxtda polis idarəsinə gəldim. Lakin müstəntiq idarədə olmadığından sabah saat 10-da yenidən ora gedəcəyəm.”

 “Mən həbsdə olduğum vaxt evimizə hücum olub. Daha sonra telefonuma zəng edərək məni və ailəmi təhdid ediblər. Hər iki işlə bağlı ailəmin və mənim polis bölməsinə müraciət etməyimizə baxmayaraq hələ də heç bir nəticə yoxdur”, – deyə jurnalist əlavə edib.

Previous Post

“GÜN SƏHƏR” QƏZETİNİN ƏMƏKDAŞI PROKURORLUQDA DİNDİRİLİB

Next Post

QƏNİMƏT ZAHİDOV MƏHKƏMƏ PROSESİNƏ QATILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.