QƏNİMƏT ZAHİDOV BİNƏ QƏSƏBƏSİNDƏ YERLƏŞƏN 17 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov dünən (22 may) 17 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) köçürülüb.

Bu barədə RATİ-yə baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. Sadıqovun sözlərinə görə, baş redaktor mayın 21-i 10 saylı CM-ə köçürülməli idi. “Ola bilsin ki, həmin gün köçürülmədiyi üçün 10 saylı yox, 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb”, – deyə vəkil əlavə edib.
Qeyd edək, 17 saylı CM şəhərin mərkəzindən 35 km kənarda (Binə qəsəbəsində) yerləşir.  
 Xatırladaq ki, Zahidov 07 mart 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib. 
*Öz tənqidi və sərt yazılarına görə, Qənimət Zahidovla yanaşı həbs edilən digər jurnalistlər də (Eynulla Fətullayev, Mirzə Sakit və  Müşfiq Hüseynov) şəhərdən xeyli kənarda yerləşən Cəzaçəkmə Müəssisələrinə köçürülüblər.

Previous Post

HƏZİYEVİN HƏDƏLƏNDİYİ İDDİA EDİLƏN TELEFON NÖMRƏSİNDƏN RƏSMİ OLARAQ JURNALİSTƏ ZƏNG GƏLMƏYİB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI GÖZLƏNİLƏN İDDİA QALDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.