“AZADLIQ” QƏZETİNƏ QARŞI GÖZLƏNİLƏN İDDİA QALDIRILDI

Azadlıq Hərəkatçıları Birliyi “Azadlıq” qəzetinə qarşı iddia qaldırıb.

Bu haqda məlumatı RATİ-yə Birliyin sədri Təhmasib Novruzov verib: “Biz öz iddia ərizəmizdə qəzetin hal-hazırkı kollektivinə etiraz edirik. Çünki bu qəzeti mənim kimi Azərbaycan Xalq Cəbhəsinin üzvləri təsis etmişdilər. Qəzetin indiki tərkibində isə onun yaradıcılarından heç kəs yoxdur. Biz öz iddia ərizəmizdə məhkəmədən AXC tərəfindən təsis olunmuş qəzetin redaksiya heyətinin təsisçiliyindən AXCP-nin təsisçiliyinə qaytarılması haqqında qərarın qəbul edilməsini, qəzetin indiki kollektivinə xitam verilməsini və qəzetə “İstiqlal” muzeyində guşə yaradılması məqsədi ilə qəzetdən 150 000 AZN məbləğində cərimənin tutulub muzeyin fonduna köçürülməsini xahiş etmişik”.
 Novruzovun sözlərinə görə, iddia Yasamal Rayon Məhkəməsinin hakimi Elçin Qurbanovun icraatına verilib və bu iş üzrə məhkəmə hazırlıq iclası iyunun 5-də keçiriləcək.
 Qeyd edək ki, bu il aprelin 8-də Azadlıq Hərəkatçıları Birliyi mətbuat konfransı keçirərək “Azadlıq” qəzetini və qəzetin əməkdaşı Aqil Xəlili qəzetin nüfuzuna xələl gətirməkdə ittiham etmişdi. Aprelin 22-i və 29-da “Lider” telekanalında nümayiş etdirilən “İflas” filmində isə Təhmasib Novruzov “Azadlıq” qəzetinə qarşı belə bir iddianın qaldırılacağını və qəzetin bağlanmasının tələb ediləcəyini bildirmişdi.
 

Previous Post

QƏNİMƏT ZAHİDOV BİNƏ QƏSƏBƏSİNDƏ YERLƏŞƏN 17 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Next Post

AVROPA BİRLİYİ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİNİ DİQQƏTDƏ SAXLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.