QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ BAŞIADI

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidova qarşı irəli sürülən ittihamlar üzrə məhkəmə hazırlıq iclası keçirilib.

 İclas zamanı baş redaktorun vəkilləri aşağıdakı məzmunda vəsatətlər qaldırıblar:

    * İstintaq zamanı Q.Zahidovla Vüsal Həsənov və Sevgiladə Quliyevanın üzləşdirilməsi prosesinin video çəkilişinin müdafiə tərəfinə təqdim edilməsi. S.Quliyeva prosesdə iştirak etməsə də, hakim qeyd etdi ki, Quliyeva məhkəmədən yazılı surətdə bu video yazıların qarşı tərəfə verilməməsini xahiş edib. Bununla belə, məhkəmə yerində müşavirə keçirərək, vəsatəti qismən təmin etdi.  Hakim video yazıya növbəti proseslərdə baxılacağını bildirdi.
    * V.Həsənov və S.Quliyevanın hadisə yerindən uzaqlaşarkən istifadə etdikləri taksinin sürücüsünün məhkəməyə dəvət olunması. Vəkil Elçin Sadıqov bildirdi ki, sürücü istintaq zamanı dindirilib. Vəsatət tənin edildi.
    * Taksi sürücüsü Anar Çiqarov Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşı Anar Çiqarovun yaxın qohumu olduğundan hadisədən əvvəlki 10 gün ərzində V.Həsənov, S.Quliyeva, sürücü A.Çiqarov və polis A.Çiqarovun telefon danışıqlarının mətninin məhkəmə vasitəsilə “Azercell” BM-dən öyrənilməsi. Vəsatət təmin olundu.
    * V.Həsənovun vaxtilə polis olub-olmamasını dəqiqləşdirmək üçün məhkəmə tərəfindən Daxili İşlər Nazirliyinə sorğunun göndərilməsi. Hakim bu vəsastətin də təmin ediləcəyini bildirdi.
    * V.Həsənovun hərbi xidmət zamanı yaralanması və daha sonra avtomobil qəzasına uğraması nəticəsində onun xəstəxanalarda hansı diaqnozla müalicə olunması haqqında arayışların V. Həsənov tərəfindən məhkəməyə təqdim edilməsi.  Həsənov bu vəsatətə cavab olaraq bildirdi ki, “həmin məsələlərin bu prosesə aidiyyatı yoxdur. Mən həmin arayışları vermək istəmirəm”. Hakim isə vəsatətin təmin olunacağını vurğuladı. Elçin Sadıqov vəsatətini belə əsaslandırdı ki, “ekspertiza zamanı Vüsal Həsənovun sümüyündə çatın olması müəyyən edilib. Biz araşdırmaq istəyirik ki, bu çat nə vaxtdan yaranıb. Bu yaralanma və ya qəza nəticəsində də mümkündür”.
    * Müdafiə tərəfinin 9 nəfər əlavə şahidlərinin məhkəməyə çağrılaraq, ifadələrin alınması. Elçin Sadıqov həmin şahidlərin adlarını yazılı surətdə hakimə təqdim etdi. Onların adları iclasda səsləndirilmədi. Vəsatət təmin olundu.
    * Q.Zahid haqqında həbs qət-imkan tədbirinin dəyişdirilməsi. 30 dəqiqə ərzində davam edən qapalı müşavirədən sonra hakim vəsatəti təmin etmədi.

Bundan sonra hakim prosesin yanvar ayının 8-i saat 15:00-a təyin olunduğunu elan etdi.

      Hakim S.Məmmədova iclasda yalnız 10 nəfərin iştirakına icazə verdi.  Hazırlıq iclası olduğunu əsas gətirən hakim zala daxil olmuş artıq dörd nəfəri zaldan kənarlaşdırdı.

Previous Post

“XURAL”IN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Next Post

NAZİM QULİYEV AZADLIĞA BURAXILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.