QƏNİMƏT ZAHİDİN REVMATİZM AĞRILARI ARTIB

Dünən (15 fevral) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb.

A.Mürsəliyevanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, baş redaktor saxlanma şəraitindən heç bir şikayəti olmadığını desə də, revmatizm ağrılarının gücləndiyini bildirib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“P.S. NOTA” QƏZETİNİN BAŞ REDAKTORU PREZİDENTLƏ GÖRÜŞMƏK İSTƏYİR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI AKSİYA KEÇİRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.