VƏKİLİ QƏNİMƏT ZAHİDOVUN BU GÜNDƏN ACLIĞA BAŞLADIĞINI BİLDİRİR

“Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidov bu gündən etibarən aclıq aksiyasına başlayıb.

Bu barədə RATİ-yə jurnalistin vəkili Osman Kazımov məlumat verib. Vəkilin sözlərinə görə, o dünən 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan Zahidovla görüşüb və söhbət zamanı jurnalist bu gündən (01 aprel) aclığa başlayacağını deyib : “Qənimət aclıq aksiyasını həmkarlarının keçirdiyi aclıq aksiyasına dəstək məqsədilə keçirir. Və tələbləri də jurnalist həmkarlarının  tələbləri ilə eynidir”.
Məsələni dəqiqləşdirmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, “bu məlumat yanlışdır, belə bir şey yoxdur”.
Daha sonra 1 saylı Bayıl İstintaq Təcridxanası ilə əlaqə saxlasaq da, ümumi şöbədən onlarda heç bir məlumatın olmadığını bildirdilər.

Previous Post

İSAXAN AŞUROV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

SÖZ AZADLIĞI MÖVZUSUNUN MÜZAKİRƏ EDİLDİYİ TOPLANTI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.