Bu gün vəkil İsaxan Aşurov martın 26-dan həbsxanada aclıq edən “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkib.
Bu haqda RATİ-yə məlumat verən Aşurov bildirib ki, “mənim aclığı dayandırmaq təklifimə baxmayaraq, o mənimlə razılaşmadı. Dünən respublikanın baş terapevti onu müayinə edib. Vəziyyəti hələ ki, normaldır”. Vəziyyətinin pisləşəcəyi halda məcburi yedizdiriləcəyi ilə bağlı məsələyə gəldikdə vəkil bu məsələnin müzakirə edildiyini və dəqiq bir şey deyə bilməyəcəyini dedi.