
Bu barədə RATİ-yə Ə. Muxtarlının özü məlumat verib.
Qeyd edək ki, jurnalist yanvarın 7-də dindarların İsrailin Bakıdakı səfirliyi qarşısında keçirdiyi aksiya zamanı Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülüb.
“Döyülməmlə bağlı hələ də tibbi ekspertiza təyin olunmayıb, heç bir araşdırma aparılmayıb. Bu səbəbdən daxili işlər naziri və baş prokurora müraciət etmişəm. Əgər yenə də məsələyə münasibət bildirilməsə bu halda daxili işlər naziri və baş prokuroru məhkəməyə verəcəyəm”, – deyə Ə. Muxtarlı qeyd etdi.