“Qanun” nəşriyyatı Prezidentə müraciət edib

qa

Martın 7-də Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qanun” nəşriyyatı açılmış cinayət işi və maliyyə sanksiyası ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə tanınmış və gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak edərək öz dəstəyini veriblər.

Tədbirdə çıxış edən yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu və nəşriyyata dəstək olmağın vacibliyini vurğulayıb.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib ki, nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasından, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən narahatdırlar.

Ş. Xuduoğlu onu da qeyd edib ki, mövcud durumdan  yaxa qurtarmaq üçün onlar president İlham Əliyevdən kömək istəyirlər və bununla bağlı müraciət göndəriblər.

Müraciətdə prezidentdən bu ədalətsiz cərimənin, kitabdan tutulan ƏDV-nin ləğv olunmasına köməklik göstərməsi xahiş edilib.

Xatırladaq ki, 01 Noyabr 2013 – cü il tarixində Vergi Audit Departamentinin əməkdaşları “Qanun” nəşriyyat evinə daxil olaraq yoxlama aparıblar. Yoxlama zamanı nəşriyyata aid olan sənədləri, əlyazmaları və kompüterləri götürüblər.  Nəşriyyata qarşı cinayət işi açılıb və 150 min maliyyə sanksiyası müəyyən  edilib.

Previous Post

Facebook fəallarının azadlığa buraxılması üçün çağırış edilib

Next Post

Dörd onlayn fəalın həbsi ilə geniş miqyaslı repressiya davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.