“QANUN” NƏŞRLƏR EVİNİN MALİYYƏ SƏNƏDLƏRİ MÜSADİRƏ OLUNUB

Bu gün Bakı Şəhər Vergilər Departamentinin əməkdaşları yoxlama məqsədi ilə “Qanun” Nəşrlər Evində olublar.

Onlar “Qanun” Nəşrlər Evini maliyyə sənədlərini özləri ilə aparıblar. Qeyd edək ki, departamentin əməkdaşları dünən də (21 yanvar) “Qanun” Nəşrlər Evində olublar və kompüterləri özləri ilə aparmaq istəyiblər. Departamentin əməkdaşları bu gün də bütün kompüterləri aparmaq istəsələr də, vəkillərin müdaxiləsindən sonra “Qanun” Nəşrlər Evinin yalnız maliyyə məlumatları olan kompüterin yaddaşı müsadirə edilib. Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu RATİ-yə bildirib ki, “bu  hadisəni hakimiyyətin basqısı kimi qiymətləndirirəm.  yoxlamalar sabah “Çap Evi” mətbəəsində də davam etdiriləcək”.
Previous Post

BƏYANAT

Next Post

MTRŞ PEYK YAYIMI HAQQINDA QANUN LAHİYƏSİ HAZIRLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.