MTRŞ PEYK YAYIMI HAQQINDA QANUN LAHİYƏSİ HAZIRLAYIR

Milli Televiziya və Radio Şurası (MTRŞ) hər hansı hadisə yerindən peyk vasitəsilə canlı yayımı və peyk vasitəsilə televiziya və radio sahəsini tənzimləyən qanun lahiyəsini hazırlayır.

Bunu  bu gün MTRŞ-nin 5 illiyinə həsr olunmuş mətbuat konfransında Şuranın sədri Nuşirəvan Məhərrəmli türkiyəli jurnalistin peyk vasitəsilə canlı reportajların aparılmasında Şura tərəfindən nəyə görə qadağanın qoyulması ilə bağlı sualını cavablandırarkən bildirib. Məhərrəmli etiraf edib ki, canlı peyk yayımında bəzi problemlər mövcuddur, lakin bu məsələ Şuranın diqqətindədir və qanun qəbul olunduqdan sonra öz həllini tapacaq. O həmçinin qeyd edib ki, əgər hər hansısa kanal Azərbaycanda peyk vasitəsilə canlı bağlantı təşkil etmək istəyirsə, həmin kanal heç də  öz peyk ötürücü avadanlığını Azərbaycana gətirməli deyil.  “Yetər ki, o Azərbaycan Dövlət Televiziyasının mobil peyk ötürücü vasitələrindən istifadə etsin”.          Xatırladaq ki, 2005-ci ildə müxalifətin parlament seçkiləri ilə əlaqədar keçirdiyi kütləvi etiraz aksiyalarının işıqlandırması ilə əlaqədar Azərbaycana onlarla beynəlxalq teleradio şirkətlərinin çəkiliş qrupları ezam olunmuşdular. Polis və mülki geyimli şəxslər etiraz aksiyalarından canlı telereportajlar aparmaq istəyən xarici telekanalların çəkiliş qruplarına məxsus olan mobil peyk ötürücülərini qurmağa icazə vermirdilər. O zaman bu qadağanı onlar MTRŞ-nın qeyri-rəsmi tapşırığına əsasən icra etdiklərini bildirirdilər. Qadağaya məhəl qoymayan müxbirlərin avadanlıqları polislər tərəfindən sındırılırdı. 
Previous Post

“QANUN” NƏŞRLƏR EVİNİN MALİYYƏ SƏNƏDLƏRİ MÜSADİRƏ OLUNUB

Next Post

“XURAL”-A YENƏ DƏ İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.