QARADAĞ RAYON PROKURORU FƏTULLAYEVİN İŞİ ÜZRƏ İSTİNTAQIN BAŞA ÇATMAQ ÜZRƏ OLDUĞUNU BİLDİRİB

Qaradağ  Rayon prokuroru Tariyel Qurbanov RATİ-nin “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin cinayət işi üzrə istintaqın gedişi ilə bağlı sorğusunu cavablandırıb.

Martın 15-də imzalanmış və RATİ-yə bu gün (19 mart) daxil olmuş məktubda bildirilir ki, E. Fətullayev barəsində Qaradağ rayon Polis İdarəsinin istintaq Şöbəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq hazırda başa çatmaq üzrədir.
 
Qeyd edək ki, RATİ sorğu vasitəsilə iş üzrə keçirilmiş  ekspertizaların nəticələrinə dair sənədlərin surətini də istəmişdi. Məktubda həmin sənədlərin surətinin təqdim olunmasından imtina edilərək təqsirləndirilən şəxsə aid sənədlərin surətini yalnız təqsirləndirilən şəxsin özünə verildiyi bildirilir.  
Previous Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QALDIRMIŞ ŞƏXSLƏRİN MƏHKƏMƏYƏ GƏLMƏLƏRİ BARƏDƏ VƏSATƏT VERİLİB

Next Post

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ JURNALİSTLƏRİN NAZİRLİYƏ ÇAĞIRILARAQ DİNDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.