MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ JURNALİSTLƏRİN NAZİRLİYƏ ÇAĞIRILARAQ DİNDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

“Azərbaycan” qəzetinin bu günkü (19 mart) sayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun müsahibəsi verilib. Nazir “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məsələyə və dolayı yolla son günlərdə jurnalistlərin MTN-ə çağırılması məsələsinə də toxunub.

“Son günlər bəzi KİV-lərdə dərc olunan yeni “açıqlamalar” böhtan xarakterli məntiqsiz və məsuliyyətsiz yozmalardan başqa bir şey deyil. Mən dəfələrlə bildirmişəm ki, bu cinayətlə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək istintaqın uğurla başa çatdırılması, ədalət mühakiməsi qarşısına çıxarılması bizim üçün prinsipial məsələdir və biz buna nail olacağıq. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Təkcə zaman faktoru var, lakin əminik ki, bu tezliklə baş verəcək”, – deyə Mahmudov vurğulayıb. Nazir Sərhədsiz Reportyorlar təşkilatının hesabatlarına istinad edərək, bütün dünyada oğurlanan, girov götürülən və ya qətlə yetirilən jurnalistlərin olduğunu və bu işlərin heç də hamısının üstünün açılmadığını qeyd edib. Mahmudov cinayətin törədilməsində əsa iştirakçılar olan Tahir Xubanov və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatətin göndərildiyini, lakin ölkələrin milli qanunvericiliyi və prosedur qaydaları ilə bağlı vəsatətlərin təmin edilməsində problemlərin olduğunu bildirib.
 
Xatırladaq ki, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bir müddət əvvəl Elmar Hüseynovun qətlində MTN zabiti Akif Çovdarovun əli olduğunu bəyan etmişdi.
 
Azərbaycan dilində məqalənin tam mətni ilə burada tanış ola bilərsiniz:
Previous Post

QARADAĞ RAYON PROKURORU FƏTULLAYEVİN İŞİ ÜZRƏ İSTİNTAQIN BAŞA ÇATMAQ ÜZRƏ OLDUĞUNU BİLDİRİB

Next Post

DAHA İKİ JURNALİST MTN-DƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.