Gürcüstanlı jurnalist Azərbaycana buraxılmayıb

Gürcüstanın Go Goup Media şirkətinin rəhbəri Marqarit Ahvlediani Azərbaycana buraxılmayıb. O, Tbilisidən gələrkən Bakı aeroportunda saxlanılıb. Bu barədə Turan İnformasiya Agentliyi məlumat yayıb. Məlumatda jurnalistin ölkəyə buraxılmamasının səbəbi onun pasportunda Dağlıq Qarabağa səfər etməsinin göstərilməsi olduğu qeyd edilir.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Apa informasiya agentliyinə verdiyi açıqlamada bildirib ki,  Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq razılaşma olmadan səfər etmək qanunsuzdur.

“Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq strukturlarla razılaşdırmadan səfər etmək qanunsuz hərəkətdir, bu addım Azərbaycan suverenliyinə hörmətsizlik nümayiş etdirmək, ölkəmizin qanunvericiliyini və beynəlxalq hüquq normalarını pozmaq deməkdir”, deyə Elman Abdullayev bildirib.

Qeyd edək ki, Marqarita Axvlediani Bakıya treninqlər keçmək üçün gəlib.

Previous Post

Həbsdəki jurnalist “Ekspress Servis” MMC –ni məhkəməyə verib

Next Post

Parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı yönələ biləcək qanun layihəsinin qəbulunu təklif edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.